Sahil Babayevdən iki yeni təyinatbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə iki köməkçi təyin edilib.

“Qaynarinfo”nun məlumatına görə, bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramilə Mürsəl qızı Əhmədova və Murad İlham oğlu Əzizli agentliyin yeni sədri Sadiq Əliyevin köməkçiləri təyin olunublar.