Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
İctimai.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Şahin İsmayılov Gənclər və idman komitəsinin sədri vəzifəsinə təsdiqlənib.
Buna qədər Şahin İsmayılov həmin komitənin sədr müavini olub.