İctimai.az xəbər verir ki, sentyabrın 10-da Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəbul qrafikinə uyğun olaraq əvvəlcədən müraciət edən vətəndaşları Milli Məclisdə qəbul edib.
Bu barədə deputatın sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, Milli Məclisin sədr müavinləri, komitə sədrləri və Milli Məclis aparatının rəhbər şəxsləri ayda bir dəfə öncədən elan olunmuş qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edirlər.