Şahin İsmayılov: Nəzərə alsaq ki, daxili bazarda bu növdən olan benzinlərə tələbat təqribən 5 faizdir, o zaman qiymət artımına real səbəb olmadığını görərikbackend

Milli Məclisin deputatı Şahin İsmayılov Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin artması ilə bağlı məsələyə münasibət bildirib:

“Məlum olduğu kimi ölkəmizdə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətində artım müşahidə olundu. Əfsuslar olsun ki, müəyyən dairələr tərəfindən məsələnin mahiyətinə varılmadan, bilərəkdən və ya bilməyərəkdən məsələ başqa cür şərh olunmağa və siyasəlişdirilməyə başlanıldı. Məsələdən siyasi dividentlər qazanmağa çalışanlar təqribən bir il bundan əvvəl sözügedən markalı benzinlərin ölkə bazarında ucuzlaşdığı zaman heç bir şərh vermədilər. Dərin iqtisadi təhlillər aparmadan da görmək olar ki, bu markalı benzinlərin qiymətinin artıb-azalması birbaşa dünya bazarında neftin qiymətindən və bazar ixracatçılarından asılıdır. Ölkəmizdə hələ ki, bu markadan olan benzin istehsal olunmadığından xarici bazarlardan asılılığımız var. Nəzərə almaq lazımdır ki, 2022-ci ildə Heydər Əliyev adına NEZ-də modernizasiya işlərinin nəticəsi olaraq Aİ-95 markalı da benzin istehsal olunacaq. Düşünürəm ki, Aİ-95 markalı benzin ölkəmizdə istehsal olunandan sonra xarici bazarlardan asılılığımız aradan qalxacaq və dünya bazarındakı qiymət dəyişiklikləri minimuma enəcək. Bundan başqa sözügedən markalı benzinlərin qiymətində olan artımın bahalaşmağa gətirəcəyi barəsində müəyyən fikirlər səslənməkdədir. Nəzərə alsaq ki, daxili bazarda bu növdən olan benzinlərə tələbat təqribən 5 faizdir, o zaman qiymət artımına real səbəb olmadığını görərik. Bundan əlavə nəzərə almaq lazımdır ki, istər yerli, istərsə də xarici logistika şirkətləri əsasən dizel yanacağından istifadə edirlər. Bu növ yanacağın qiymətində isə hər hansı bir artım yoxdur. Əgər daxili bazarda suni şəkildə qiymət artımı hallarına rast gəlinərsə, təbii ki, ki, buna qarşı hüquqi müstəvidə sərt addımlar atıla bilər”.