Şahin İsmayılov növbəti dəfə vətəndaşlarla görüşübbackend
Milli Məclisin deputatı Şahin İsmayılov Beyləqan rayonununda növbəti dəfə vətəndaş qəbulu keçirib.
İctimai.az xəbər verir ki, bu barədə deputatın rəsmi feysbuk səhifəsində paylaşım edilib:
“Şahin İsmayılov növbəti vətəndaş qəbulunu Beyləqan rayonunun Allahyarlı kəndində və YAP Beyləqan rayon təşkilatının qərargahında keçirib.
Görüşdə vətəndaşların müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilib və aidiyyəti üzrə iş aparılması üçün nəzarətə götürülüb”.
Qeyd edək ki, VII çağırış Milli Məclis fəaliyyətə başladıqdan sonra deputatların qəbul günləri rəsmi şəkildə dərc edilir və qrafikə uyğun olaraq dairələrdə görüşlər keçirilir.