Şahin İsmayılov: “Görülən işlər Azərbaycanda dövlət gənclər siyasətinin düzgün qurulduğunu göstərir”backend

Avqustun 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Beynəlxaq Gənclər Gününə həsr olunmuş “Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda gənclərlə görüş keçirilib.

İctimai.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüb. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsində rolundan danışan millət vəkili bildirib ki, bu bir daha Azərbaycanda dövlət gənclər siyasətinin düzgün qurulduğunu göstərir.