Şahin İsmayılov seçicilərlə görüşübbackend

81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı Şahin İsmayılov Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov ilə birlikdə fevralın 21-də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində, fevralın 22-də isə rayonun Təzəkənd kəndində seçicilərlə görüş keçirib.

Deputat görüşdə dairə üzrə seçiciləri narahat edən məsələləri dinləmiş və nəzarətə götürmüşdür. Müxtəlif istiqamətləri əhatə edən müraciətlərin bir qismi şifahi qaydada həll edilmiş, digər qismi ilə bağlı aidiyyəti üzrə deputat sorğusu göndərilməsi üçün məlumatlar toplanılmışdır. Müraciətlər əsasən işsizliyin aradan qaldırılması, əlilliyin təyinatı, yolların asfalt örtüklə döşənməsi, içməli və suvarma suyu ilə təminatla bağlı məsələləri əhatə edirdi. Görüşlərdə 100-ə yaxın vətəndaşın fərdi və ümumi müraciətləri dinlənilmişdir. Şəhidlərin xatirəsinə inşa edilmiş bulaq, həmçinin Şəhid Əliheydər Məmmədov adına Təzəkənd kənd orta məktəbi ziyarət edilmişdir. Görüşlərə rayon mərkəzindən və Təzəkənd kəndindən başqa digər yaşayış məntəqələrindən də qatılanlar var idi. Bundan başqa, öncədən olunan müraciətlər əsasında YAP-ın qərargahında bir neçə vətəndaşla görüş keçirilmişdir.

Növbəti dəfə keçirilən görüşlərdə iştirak etmək istəyənlər 012 510 36 08, 050 277 95 36 nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.