Şahin İsmayılov: “Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat dəhlizin mühüm tərkib hissəsi olacaq”backend

Azərbaycan Respublikasının yaranmasının 103-cü ili tamam olur. Bu il Respublika gününü biz tam fərqli hisslərlə qeyd edirik. Müzəffər Ali Baş Komandanının rəhbərliyi və Şanlı Azərbaycan Ordusu sayəsində 30 illik işğala son qoyuldu və ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Respublika Günü münasibətilə dünyanın 60-dan dövlət və hökümət başçısı Prezident İlham Əliyevi təbrik etdi. Bu ölkələr arasında dünyada baş verən proseslərə birbaşa təsir göstərən dövlətlər də var. Əgər biz təbrik məktublarının mətninə nəzər salaq burada önə çıxan bir sıra məqamları görərik – Azərbaycana bərabər hüquqlu dövlət kimi yanaşılır, ölkəmizin dünyada baş verən proseslərə töhfəsi qeyd olunur və regionda Azərbaycanın xüsusi gücü və nüfuzu vurğulanır. Bundan başqa biz həm də dünya liderlərinin Prezident İlham Əliyevə yanaşmasında xüsusi bir diqqət və hörmət görürük. Düşünürəm ki, bu, birbaşa ölkə rəhbərinin həm şəxsi nüfuzu, həm də peşəkar siyasətçi olması ilə bağlıdır. Təbrik məktubları içərisində mən xüsusi olaraq ABŞ prezidenti Co Baydenin məktubuna toxunmaq istərdim. ABŞ prezidentinin həm Respublika günü ərəfəsində, həm də Novruz bayramı ilə əlaqədar göndərdiyi məktublarda Azərbaycanın  beynəlxalq terrorizmə qarşı verdiyi töhfə, o cümlədən həyata keçirdiyi qlobal enerji layihələri və gələcək əməkdaşlığa dair vacib fikirlər öz əksini tapmışdır. Bundan başqa ABŞ və Azərbaycan arasında 30 ilə yaxın dövrdə uğurlu əməkdaşlığın mövcudluğu xüsusi qeyd olunmuşdur. Düşünürəm ki, Azərbaycanın müharibədən qalib çıxması və regionda yeni reallıqlar yaratması Azərbaycan və ABŞ arasında da əlaqələrin yeni mərhələsinə daxil olmasına səbəb olacaqdır. Nəzərə alsaq Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat dəhlizin mühüm tərkib hissəsi olacaq burada ABŞ şirkətlərinin ciddi marağının olacağı tam realdır. ABŞ həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq da regionda hadisələrin bundan sonrakı inkişafında da vacib rol oynaya, o cümlədən birgəyaşayışavə inteqrasiyaya mühüm töhvələr verə bilər. Hər halda ABŞ rəsmlilərinin postmünaqişə dövrünə dair səsləndirdikləri fikirlərdə də biz bunu hiss edirik.