Şahin Rəhmanlı: “Növbəti ildə fəaliyyətimiz sağlam və vətənpərvər gəncliyin formalaşması yönündə davam edəcək”backend

regionda ümumilikdə 500-ə yaxın gəncə “İctimaiyyətlə əlaqələrin əsasları”, “Gənclərlə işdə rəqəmsal bacarıqlar”, “Layihələrin yazılması və idarə olunması” mövzularında biliklər ötürərək, regionlarda gənclər şəbəkəsinin qurulması istiqamətində töhfələr verdik”.

“İrəli”nin təşkilat olaraq birgə tərəfdaşlığa daim açıq olduğunu bildirən Ş.Rəhmanlı bu istiqamətdə çağırış edib:

“İrəli” həm də yaxşı tərəfdaşdır. Cari il ərzində Müdafiə Nazirliyi ilə birgə “Əsgərin kitab rəfi” kitabtoplama aksiyası müddətində 12 154 kitab topladıq. Azərbaycan Milli Karate Federasiyası ilə birgə fəaliyyət çərçivəsində “Karate 1 Premyer Liqa – BAKU 2022” beynəlxalq turnirinin təşkilində könüllülərimiz aktiv iştirak etdilər. “Sağlam gəncliyə doğru” İctimai Birliyi ilə bullinqə qarşı “Stop or Stop it” layihəsini həyata keçirərək hər iki mərhələ üzrə 300-ə yaxın gəncə bullinqin fəsadları, özünəinam və digər mövzular haqqında yeni məlumatlar ötürdük.

Həmçinin onu da qeyd edək ki, Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır – 2022” gənclərin fərdi layihələr üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş 10 gəncimiz öz layihəsini “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirəcək. Təşkilat olaraq gənclərin ideyalarının dəstəklənməsinə daim hazırıq. Bu istiqamətdə “İdeya bankı”mız ilboyu fəaliyyət göstərir. Gənclər “İdeya bankı”na müraciət edərək, öz həyata keçirmək istədikləri layihələri bizimlə birgə reallaşdıra bilərlər”.

“İrəli” İctimai Birliyinin sədri diqqətə çatdırıb ki, cari il ərzində həyata keçirilən layihələrdə 9 525 nəfər gəncin iştirakı qeydə alınıb. Respublikamızın 13 iqtisadi rayonunda baş tutan tədbirlərdə ümumilikdə 5 748 region gənci əhatə olunub. İl boyunca “İrəli” İctimai Birliyinin sosial iş, sağlamlıq, tarix, idman və intellektual mərkəzləri üzrə 11 ekskursiya, 22 üzvlərlə görüş və 24 tədbirin icrası reallaşdırılıb. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində ölkə hüdudlarından kənarda keçirilən 9 layihədə 15 nəfər “İrəli” gənci ölkəmizi təmsil edib.

Təşkilatın kütləvi informasiya vasitələri ilə əlaqələrinin gənclərə çıxış baxımından olduqca önəmli olduğunu vurğulayan Ş.Rəhmanlı bildirib ki, cari ildə mətbuatda 97 mövzuda 965 xəbər, 16 açıqlama yayımlanıb, ümumilikdə 500 minə yaxın baxış sayı əldə olunub. Baş tutmuş fəaliyyətlər 17 telekanal tərəfindən 46 dəfə işıqlandırılıb.

Birlik sədri həmçinin gənclərin ilk onlayn radiosunun da fəaliyyətinə toxunub:

“İradio” cari ildə 20 gənc aparıcını ətrafına topladı. Təcrübəçi gənclər 12 təlim və görüşdə iştirak edərək, 180 efir sayı ilə dinləyicilərin qarşısına çıxdılar. Radio təcrübəsi qazanmış gənclərimiz hazırda müxtəlif media qurumlarında, televiziya kanallarında çalışırlar. Bu, əlbəttə ki, hər birimizi olduqca sevindirir”.

Növbəti ildə daha genişmiqyaslı fəaliyyətlərin nəzərdə tutulduğunu qeyd edən Şahin Rəhmanlı təşkilatın 2023-cü il üzrə planlarını açıqlayıb:

“Növbəti ildə də fəaliyyətlərimiz sağlam, rəqabətədavamlı və vətənpərvər gəncliyin formalaşması yönündə davam edəcək. Həmçinin bu il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli surətdə qeyd olunacaq ki, bununla əlaqədar təşkilat tərəfindən silsilə tədbirlərin icrası nəzərdə tutulur. Bir sıra layihə və tədbirlərimizlə ilklərə imza atmaq niyyətindəyik. Əminik ki, növbəti il ərzində fəaliyyətlərimiz aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl qurumlar və kütləvi informasiya vasitələri ilə birgə əməkdaşlıq çərçivəsində daha da uğurlu olacaq. Şüarımız isə dəyişməzdir: Vətən üçün, gənclik üçün, gələcək üçün irəli, irəli, irəli!”