Şahin Sərdarlının təbliğat-təşviqat kampaniyası davam edirbackend

1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkiləri çərçivəsində 88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası davam edir.

İctimai.az xəbər verir ki, bu barədə Şahin Sərdarlı paylaşım edib.

“88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası davam edir.

Kampaniya çərçivəsində nümayəndələrimiz və könüllülərimizlə birgə doğulub boya-başa çatdığım Meysəri kəndində seçicilərlə görüş keçirdik.

Meysəri sakinlərinə göstərdiyi yüksək dəstəyə görə minnətdarıq!”