Şahin Seyidzadə:“Avropa Parlamentinin bəyanatı bir daha sübut edir ki, Qarabağ Azərbaycanındır”backend

Separatçı Ermənistan ilə əzəli Azərbaycan torpağı olan Qarabağımızın birləşdirməsi üçün planlaşdırılan 3-cü magistral yolun çəkilməsi ilə bağlı verilən bəyanat hüquqi və siyasi müstəvidə birmənalı olaraq sübut etdi ki, Qarabağ Azərbaycanındır.

Bunu Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Qeyd edib ki, bəyanatda qeyd edilən magistral yolun inşasının Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirilməsi məsələsi sübut edir ki, Ermənistan hər zaman olduğu kimi öz işğalçı və qeyri-diplomatik addımlarını atmağa davam edir.

“Bu sənəd həmçinin bir mənalı olaraq beynəlxalq səviyyədə hər kəsə göstərir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsusdur və orada baş tutan bütün “fəaliyyətlər” qondarma siyasətin işləridir. Amma bu bəyanat yekun addım olmamalıdır, digər beynəlxalq qurumlar tərəfindən də Ermənistana qarşı Dağlıq Qarabağ mövzusunda sərt qətnamələr və sanksiyalar tətbiq edilməlidir.

Ümumiyyətlə, iqtisadi, sosial, hərbi və vətəndaşların rifahı cəhətdən ölkəmizdən qat-qat geridə olan düşmən başa düşməlidir ki, işğal etdiyi bölgələrimizi qeyd-şərtsiz, sülh yolu ilə boşaltması onlar üçün ən ideal addım olacaqdır. Qeyd edim ki, bəyanat  Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım  Marina Kalyurand, Avropa Parlamentinin  Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım  Zelena Zovka  tərəfindən verilmişdir”-deyə, millət vəkili əlavə edib.

İctimai.az