Şahnaz Haşımova əməliyyat olunubbackend

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub.

Bu barədəOxu.Az-a onun nəvəsi Eldar Abdullayev məlumat verib.

O qeyd edib ki, Şahnaz xanımın müalicəsi hazırda palata şəraitində davam edir.

“Əməliyyat çox uğurla başa çatıb, artıq palataya köçürülüb. Əməliyyatı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru cərrah İlkin İsmayılov və xəstəxananın ümumi cərrahı Anar Cəfərov həyata keçiriblər. Nənənin vəziyyəti yaxşıdır”, – deyə E.Abdullayev bildirib.