Şahzadə Endryu ona və keçmiş həyat yoldaşı Sara Ferqyusona iki ev vermək şərti ilə kral malikanəsi Royal Lodge-dan ayrılmağa razılaşıb, The Sun xəbər verir.
Jurnalistlərin dediyinə görə, Royal Lodge-da yaşayan Şahzadə Endryu və Sara Ferqyuson, Frogmore və Adelaide kottecləri veriləcəyi təqdirdə köçməyə razılaşıblar. Kraliça II Yelizavetanın oğlu keçmiş həyat yoldaşının hazırda şahzadə Uilyam və Keyt Middltonun yaşadığı evə köçməsini istəyir. Məlumata görə, cütlük və uşaqları noyabr ayında daha prestijli Forest Lodge iqamətgahına köçəcəklər.
Lakin Kral III Çarlzın qərarı gizli saxlanılır.
“Sarayda işlərin necə gedəcəyini hələ heç kim dəqiq bilmir” dedi kral ailəsi insayderi.












