Şahzadə Harri Böyük Britaniyanın Daxili İşlər Nazirliyini məhkəməyə verib.
Bu barədə İndependent xəbər verir.
Sussex hersoqu onu dövlət himayəsindən məhrum etmək qərarına etiraz etmək qərarına gəlib. Dinləmə zamanı şahzadənin vəkili bildirib ki, 2020-ci ildə o və Meghan Markle “qurum tərəfindən qorunmadığı üçün” krallıq vəzifələrindən geri çəkilməyə “məcbur hiss ediblər”. Lakin onların tələbi dinlənilməyib. Növbəti iclas cümə axşamı, aprelin 10-da baş tutacaq.
Bundan əvvəl şahzadə Harri İnvictus Oyunlarının açılışını qeyd etmək üçün Kanadaya səfəri zamanı jurnalistlərlə görüşüb. Böyük Britaniya kralının kiçik oğlu etiraf edib ki, onu idman yarışlarında müşayiət etdiyi üçün həyat yoldaşına minnətdardır.