Britaniya şahzadəsi Harri anası şahzadə Diana ilə birlikdə bomba zərərsizləşdirən təşkilatı dəstəkləyib.
Bu barədə Associated Press məlumat yayıb.
Nəşr qeyd edir ki, şahzadə Harri Anqolaya gəlib və gülləkeçirməz jiletdə hələ də minaların olduğu tarladan keçib. Bu onun diqqəti keçmiş müharibə zonalarından minalardan təmizləmək üçün işləyən xeyriyyə təşkilatı olan Halo Trust-a cəlb etmək üsulu idi.
1997-ci ildə Harrinin anası Şahzadə Diana da Anqolada minalanmış sahədən keçib.