Şahzadə Harri və Meqan Markl Emmiyə namizəd ola bilməyibbackend

Netflix-in Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı, aktrisa Meqan Markl haqqında çəkdiyi “Harri və Meqan” sənədli serialı Amerikanın “Emmi” televiziya mükafatına namizədsiz qalıb.

Liz Qarbusun altı epizoddan ibarət layihəsi “Ən yaxşı sənədli və ya qeyri-bədii film” nominasiyası üzrə namizəd kimi qəbul edilib.

Eyni zamanda, Netflix-də “Harry və Meghan” bütün sənədli filmlərin populyarlığında ikinci yeri tutaraq, “The Tinder Swindler” filmindən sonra xeyli sayda baxış toplayıb.

Serialın premyerası 2022-ci ilin dekabrında olub. Filmdə şahzadə Harri xüsusilə kral ailəsini tənqid edir və şüuraltı qərəzli münasibətdə ittiham edir.

Mənbə: Haberturk