Şahzadə Harrinin Böyük Britaniyaya səfərinin tarixi məlum olubbackend

Şahzadə Harri Böyük Britaniyaya mayın 8-də gələcək. Bu barədə Daily Mail məlumat yayıb.

Britaniya kralı III Çarlzın kiçik oğlu Londona uçacaq. Şahzadə Harri Müqəddəs Paul Katedralində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edəcək. Susseks hersoqunun səfəri ilə bağlı məlumat tədbirin nümayəndəsi tərəfindən təsdiqlənib. Lakin Meqan Marklın mərasimdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Jurnalistlər, hersoginyanın övladları ilə Kaliforniyada qalacağını düşünürlər, çünki onların oğlu Arçi mayın 6-da 5 yaşı tamam olacaq.

Bu yaxınlarda Şahzadə Harrinin Böyük Britaniya ilə münasibətlərini kəsdiyi məlum olub. Companies House tərəfindən dərc edilən sənədlər kral III Çarlzın kiçik oğlunun yeni yaşayış yerinin ABŞ olduğunu göstərir. Münasibətlər üzrə ekspert Luella Alderson deyib ki, şahzadə Uilyam qardaşının qərarına mənfi reaksiya vermiş ola bilər.

Mənbə: Daily Mail