Şahzadə Harrinin niyə xəstə III Çarlzla cəmi 30 dəqiqə keçirdiyi məlum olub

Şahzadə Harri xəstə atası Kral III Çarlz ilə cəmi 30 dəqiqə görüşdü.

Bu barədə “The Sun” məlumat yayıb.

Keçən həftə, fevralın 6-da Sasseks hersoqu xərçəng diaqnozu qoyulan III Çarlzı görmək üçün Londona uçdu. Şahzadə Harri saat 15:00 radələrində polis müşayiəti ilə atasının evinə gələrkən görüntülənib. Sonra jurnalistlər Hersoq və Kral III Çarlz arasında görüşün bir saatdan az davam etdiyini bildirdilər.

Bununla belə, The Sun-un yazdığına görə, Şahzadə Harri atası ilə cəmi 30 dəqiqə vaxt keçirib. Britaniyalı jurnalist Robert Cobson hesab edir ki, buna səbəb III Çarlzın səhhəti olub. Cobsonun sözlərinə görə, həkimlər çox güman ki, Böyük Britaniya kralına bədənini çox yükləməməyi tövsiyə ediblər.

“Kral özünü yaxşı hiss etmir, xərçəngin hansı növü olursa olsun, müalicə olunur. Onun üçün ən yaxşısı ruhun rahatlığıdır”, – deyə Cobson bildirib.

Mənbə: Haberler.com

Oxşar xəbərlər