Şahzadə Uilyam Kate Middletonun xərçənglə mübarizəsindən şoka düşdüyünü deyibbackend

“The Independent” yazır ki, Şahzadə Uilyam Keyt Middltonun xərçənglə mübarizəsinin onun üçün şok olduğunu deyib.

Şahzadə Uilyam gələcək kral rolu ilə bağlı şəxsi müsahibəsində həyat yoldaşı Şahzadə Keytin xərçənglə mübarizəsinin onu şoka saldığını söylədi.

“Hər şey düzgün istiqamətdə gedir və bu, çox yaxşı xəbərdir. Həyat yoldaşım və atamla baş verən hər şeyi necə idarə etdiklərinə görə çox fəxr edirəm. Mən də övladlarımla fəxr edirəm; onlar hər şeyi parlaq şəkildə idarə etdilər”, – deyə Uilyam əlavə edib.