Britaniya şahzadəsi Corcun kral III Çarlzın bilavasitə varisi olan atası şahzadə Uilyam ilə səyahətə qadağa qoyulacaq.
Bu barədə “Ladbible” nəşri məlumat yayıb.
Məhdudiyyət iyulun 22-də taxt-tacın ikincisi olan Corcun 12 yaşı tamam olanda qüvvəyə minməlidir. Bu yaşdan etibarən oğlanın digər varislərlə səyahətinə qadağa qoyulacaq ki, fəlakət zamanı ən azı biri sağ qalsın.
Eyni səbəbdən Corcu kiçik qardaşı və bacısı Şahzadə Lui və Şahzadə Şarlotta müşayiət etməyəcək.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron dövlət tədbiri zamanı Uels şahzadəsi Keyt Middltonla “flört etdiyi” üçün tənqid edilib.