Müğənni Şakira uşaqlara qardaşı Jerar Pikenin toyuna getməyi qadağan edib.
Bu barədə “La Vanguardia” məlumat yayıb.
Şakira oğulları Milan və Saşanın əmilərinin toyuna getməsinə icazə verməyib. Uşaqlar ataları ilə vaxt keçirmək üçün Barselonaya uçdular. Onların Mayamiyə qayıdışı iyunun 17-nə planlaşdırılırdı. Onlar İspaniyada qalıblar, amma müğənni onların toyda qalmasının əleyhinədir. Məsələ burasındadır ki, Şakira şənlik zamanı Pikenin yeni sevgilisi Klara Çiaya evlilik təklifi edəcəyindən ehtiyat edir.
İyunun 23-də Barselonada “Barselona”nın keçmiş futbolçusunun qardaşı Mark Pikenin toy mərasimi keçiriləcək.
Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəldi. 2022-ci ilin yayında müğənni xəyanətlərinə görə futbolçunu tərk etdi.
Mənbə: Haberler.com














