“Sakit Don”un aktyoru vəfat edibbackend

Luqansk Xalq Respublikasının xalq artisti Mixail Qoluboviç 79 yaşında vəfat edib. Bu barədə LPR rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik öz Telegram kanalında məlumat verib.

Qoluboviç ağır xəstəlikdən sonra dünyasını dəyişib. Paseçnik sənətçinin ailəsinə və yaxınlarına başsağlığı verib. O, aktyoru bütün həyatını doğma yurdunun mədəniyyətinin inkişafına həsr etmiş “əfsanəvi insan” adlandırıb.

“Bu heyrətamiz insanı yaxından tanımaq şərəfinə nail olduğum üçün xoşbəxtəm. Mixail Qoluboviç həmişə öz əsas həyat prinsipini belə formalaşdırırdı: “Sən şumlamalısan!” O, doğma teatrsız, yeni rollar və tamaşalar olmadan, uzun illər bacarıqlarını öyrətdiyi tələbələrlə ünsiyyət olmadan, deputatlıq işi olmadan və daha çox şeysiz yaşaya bilməzdi”, – Paseçnik bildirib.

Mənbə: A haber