Rusiyanın “Krasnoyarsk” və “İmperator III Aleksandr” nüvə sualtı kreyserləri Arktikadan Şimaldan Sakit Okean Donanmasına keçidi tamamladılar.
Bu barədə TASS yazır.
Hazırda gəmilər öz daimi bazasında – Kamçatka ərazisində yerləşən Vilyuchinsk şəhərinin limanındadır. Agentliyin məlumatına görə, sualtı qayıqların ekipajlarını Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev və ölkənin müdafiə nazirinin müavini Pavel Fradkov təntənəli şəkildə qarşılayıblar.
“Bu gün ən yeni nüvə sualtı kreyserləri Arktikanın buzları altında çətin keçid edərək Sakit Okean Donanmasının əsas bazasına gəldi” dedi Fradkov.















