El Salvador prezidenti Nayib Bukele, Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Ömər Qarsia Harfuşun Meksikanın Kolima əyalətində səlahiyyətlilər tərəfindən ələ keçirilən narkotik vasitələri daşıyan yüngül təyyarənin El Salvadordan gəldiyi barədə bəyanatından sonra öz səfirini məsləhətləşmələr üçün Mexikodan geri çağırmaq qərarına gəlib.
Bu barədə TASS məlumat yayıb.
Bukele vurğulayıb ki, Salvador cinayətkarlara sığınacaq vermir və narkotik ticarətinə dözmür. Onun sözlərinə görə, ölkə də özünün heç bir əlaqəsi olmayan əməliyyatlara cəlb olunmasına imkan verməyəcək.
El Salvador prezidenti Meksika hökumətindən dərhal aydınlıq gətirilməsini, həmçinin Qarsiya Harfukun verdiyi bəyanatdan geri çəkilməsini tələb edib.