Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.