Noyabrın 22-də ad günü şərəfinə Sankt-Peterburqda baş tutan konsertdən əvvəl ŞAMAN (əsl adı Yaroslav Dronov) jurnalistlərlə görüşüb və bir neçə sualı cavablandırıb. Bu barədə StartHit yazır.
Suallardan biri rus pasportunu yandıran bloger Eduard Şarlottanın musiqi duelə çağırılması ilə bağlı olub. Suala zarafatla cavab verən ŞAMAN deyib ki, rus pravoslav ənənəsinə görə, ölülər ya yaxşıdır, ya da heç nə.
Mayın sonunda Şarlotta il yarım ərzində üçüncü dəfə öldüyünü elan etdi. O, “ölümündə” Rusiya hakimiyyətini günahlandırıb.
Mənbə: StartHit















