Samsung ABŞ-da elektrik avtomobil istehsalı ilə bağlı problemə diqqət çəkirbackend

Cənubi Koreyanın akkumulyator istehsalçısı Samsung SDI xəbərdarlıq edib ki, ABŞ tarifləri ABŞ-da elektrikli avtomobillər üçün akkumulyatorların istehsalının dəyərini artıra bilər. Şirkət bunu istehsal üçün tələb olunan material və komponentlərin əhəmiyyətli hissəsinin ölkəyə idxal edilməsi ilə izah edib. Bu barədə Reuters xəbər verir.

Şirkətin icraçı vitse-prezidenti Kim Yun-te qeyd edib ki, ABŞ-da akkumulyator istehsalının lokallaşdırılmasına baxmayaraq, idxal komponentlərindən asılılıq istər-istəməz məhsulun son maya dəyərinə təsir göstərəcək.

Samsung SDI sözçüsü bildirib ki, şirkətin Meksika və Kanadadakı müştəriləri tərəfindən ABŞ bazarı üçün istehsal olunan elektrik avtomobilləri də potensial olaraq tariflərə məruz qala bilər. Bu, öz növbəsində, hazır avtomobillərin qiymətlərinin artması və nəticədə istehlak tələbinin mümkün azalması riskini daşıyır. Şirkət Samsung SDI-nin bu xərcləri öz üzərinə götürəcəyini və ya istehlakçılara ötürəcəyini dəqiqləşdirməyib.