Samsung AI məişət cihazlarının nasazlıqlarını təxmin etməyi öyrənibbackend

“Samsung” korporasiyası məişət cihazlarında yarana biləcək nasazlıqları proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş AI Pre-Care Notification funksiyasını təqdim edib.

Yeni texnologiyanın yaranması barədə SamMobile nəşri məlumat yayıb.

Süni intellekt (AI) ilə təchiz edilmiş bu intellektual sistem cihazın əməliyyat xüsusiyyətlərini və onun hazırkı vəziyyətini təhlil edir. Bu məlumatlardan istifadə etməklə neyroşəbəkə cihazın texniki dəstək tələb edə biləcəyi və ya onun sıradan çıxma riskinin olduğu vaxtı müəyyən edə bilir.

İmkanları göstərmək üçün şirkət Samsung soyuducusu ilə bir nümunə verdi: AI Pre-Care Notification funksiyası mümkün problemlər barədə əvvəlcədən xəbərdar edə, soyuducu suyunun səviyyəsini qiymətləndirə və sahibinə xidmət mərkəzinə müraciət etməyi tövsiyə edə bilər. İstifadəçilər avadanlığın vəziyyəti və texniki xidmətə ehtiyac haqqında bütün bildirişləri özəl SmartThings mobil proqramı vasitəsilə alacaqlar.