Samsung flaqmanları Android 14 dən istifadə etməyə başlayıbbackend

Samsung Galaxy S23 seriyalı smartfonların istifadəçiləri Android 14 əsasında One UI 6.0-ın stabil quruluşunu almağa başlayıb.

Bu barədə GSMArena portalı xəbər verir.

Avropada Samsung Galaxy S23, S23+ və S23 Ultra modellərinin sahibləri yeniləməni ilk əldə ediblər. Güman edilir ki, yeni proqram təminatı tezliklə qatlana bilən Galaxy Z Fold5 və Z Flip5 istifadəçiləri üçün əlçatan olacaq və daha sonra Cənubi Koreya brendinin digər cihazlarında da peyda olacaq.

One UI 6.0-ı quraşdırdıqdan sonra istifadəçilər dəyişdirilmiş parlaqlıq slayderi, yeni şrift, defolt emoji dizaynı, Hava vidceti və Kamera tətbiqi və digər quraşdırılmış proqramlarda bir sıra təkmilləşdirmələr ilə yenilənmiş Sürətli Parametrlər paneli əldə edəcəklər. Həmçinin qeyd edilir ki, “Təyyarə rejimi” işə salındıqda yalnız mobil rabitə söndürüləcək, Wi-Fi və Bluetooth isə işləməyə davam edəcək.

Mənbə: Autotech