Samsung şirkəti qlobal smartfon bazarında lider oldubackend

Cənubi Koreyanın Samsung şirkəti qlobal smartfon bazarında liderliyini bərpa edə bildi.

Bu barədə “Business Korea” məlumat yayıb.

Bundan əvvəl Apple bir neçə ay ardıcıl olaraq bazara rəhbərlik edirdi, lakin yeni Galaxy S23 smartfonları Samsung-un fevralda birinci yeri tutmasına kömək etdi.

İndi Samsung bazarın 21,1%-ni, Apple isə 20,2%-ni tutur. Üçüncü, dördüncü və beşinci yerləri Xiaomi (11,5%), Oppo (8,9%) və Vivo (8,2%) tutub. Ümumilikdə, 2023-cü ilin fevral ayında dünya üzrə 89,6 milyon smartfon satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 10%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 15% azdır.

Mənbə: Haber Türk

İctimai.az