Samsung Electronics-in 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 5,84 trilyon von (31 oktyabr 2023-cü il tarixinə olan məzənnə ilə təqribən 4,3 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 37,8% azdır.
Bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Müəyyən edilmiş dövr ərzində şirkətin ümumi gəliri 67,4 trilyon von (təxminən 49,9 milyard dollar) təşkil edib, yəni illik müqayisədə bu rəqəm 12,2% azalıb. Samsung Electronics-in əməliyyat mənfəəti 2,43 trilyon von (1,8 milyard dollar) təşkil edib ki, bu da 2022-ci ilin üçüncü rübündən 4,5 dəfə azdır.
Böyük azalmaya baxmayaraq, şirkətin nəticələri gözləniləndən bir qədər yaxşı olub. Məsələn, Samsung Electronics-in rüb üçün gəlirinin və əməliyyat mənfəətinin müvafiq olaraq 67 trilyon von və 2,4 trilyon von olacağı gözlənilirdi.
Mənbə: Autotech