Gəncə Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Qədim Namazlının (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, keçirilən sonuncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Namazlı 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ilin fevral-mart aylarında Samux rayonu ərazisində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Qədim Namazlı qızı, yetkinlik yaşına çatmayan – 2010-cu il təvəllüdlü zərərçəkmiş M.N.-in onunla birlikdə yaşadıqları fermadakı fərdi yaşayış evinin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edib. O, zərərçəkmiş şəxsin etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq, qızın ona – “belə etmə”, – dedikdə – “sənin başını kəsərəm”, – deyib, zor tətbiq edərək hədələyib. Daha sonra ata doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bu hadisə iki dəfə baş verib.
Qeyd edək ki, Qədim Namazlı ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirmış. O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, həyat yoldaşı ona şər atıb.