Moldovanın hazırkı prezidenti Maya Sandu ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətdə olan Sosialistlər Partiyasının namizədi, keçmiş dövlət başçısı İqor Dodona uduza bilər.
Bunu Moldovanın “Public Media” media şirkətinin sifarişi ilə Marketinq və Sosioloji Sorğular İnstitutunun keçirdiyi sorğunun məlumatları sübut edir.
Sorğunun nəticələrinə görə, moldovalıların 30%-ə qədəri növbəti seçkilərdə Maia Sanduya səs verməyə hazırdır. Respondentlərin daha 24%-i ölkənin eks-prezidenti İqor Dodonu dəstəkləyəcək. İlk üçlüyü 8% səslə Kişinyov şəhərinin meri İvan Ceban qapayır.
Araşdırmada qeyd edildiyi kimi, prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə seçicilərin 46 faizi İqor Dodona, 35 faizi isə Sanduya səs verəcək.
Bundan əvvəl Moldovanın eks-prezidenti İqor Dodon bildirib ki, Moldovada prezident Maia Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyası legitimliyini itirib.
Mənbə: A haber

