Moldova prezidenti Maia Sandu Ukraynada yaşayan Moldova vətəndaşlarına qayğı göstərə bilmir. Bu fikri Moldovanın eks-prezidenti İqor Dodon öz Telegram kanalında bildirib.
“Xanım Sandu, niyə dostunuz Zelenskidən Ukraynadakı Moldova diasporunun – təxminən 300 min vətəndaşın necə olduğunu soruşmursunuz” dedi Dodon.
Onun sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban Maya Sandudan fərqli olaraq, Ukraynadakı macarların qayğısına qala bilər və macar diasporunun maraqlarına uyğun müəyyən qanunların qəbulunda israrlıdır.
Mənbə: A Haber

