Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Aİ-yə neft məhsullarının idxalı 1,6 dəfə bahalaşaraq bir ton üçün 756 avroya çatıb.
Bu barədə RİA Novosti Eurostat məlumatlarına istinadən yazır.
Müqayisə üçün: 2021-ci ildə bir ton idxal xammal Avropa ölkələrinə orta hesabla 462 avroya başa gəlib.
Bununla belə, satınalma strukturu bu müddət ərzində demək olar ki, dəyişməz qalmışdır. İdxalın əsas hissəsini neftdən olan qazoytlar, reaktiv mühərriklər üçün kerosin yanacağı və yüngül distillatlar təşkil edir. Bu ilin yeddi ayının yekunlarına əsasən, bütün tədarüklərin təxminən 80 faizi onların payına düşüb. 2021-ci ilin eyni dövrü üçün bu göstərici 77,2% təşkil edib.














