Sanksiyaların Çində mikroçip istehsalına necə təsir etdiyi məlum olubbackend

Çin ABŞ-ın sanksiyalarına baxmayaraq, 7 nm mikroçiplərin kütləvi istehsalına başlayıb. Bu barədə “İzvestiya” nəşri yazır.

Qeyd olunur ki, Qərbdə artıq 5 nm mikroçiplər kütləvi istehsala keçib, 3 nm mikroçiplər də yaradılıb. Qərb şirkətləri, o cümlədən Tayvan, EUV (ifrat ultrabənövşəyi) texnologiyasından istifadə edərək 7 nm mikroçiplər istehsal etdiyi halda, Çində DUV (dərin ultrabənövşəyi) texnologiyası ilə litoqrafiya maşınlarından istifadə edirlər ki, bu da xərclərin artmasına səbəb olur. Sonuncu isə ölkədə subsidiyalar hesabına kompensasiya olunur.

Blogger Dilan Patelin fikrincə, Qərbin tətbiq etdiyi “ələk sanksiyaları” Çinə yeni texnologiyaların nüfuzunu dayandıra bilmir və yalnız onu ləngidə bilər. Onun fikrincə, Çində 5 nanometrlik çiplərin və yarımkeçiricilər sektorunda innovasiyaların yaranmasının qarşısını almağın yeganə yolu, demək olar ki, bütün növ müvafiq avadanlıq və komponentlərin ölkəyə tədarükünü qadağan etməkdir.

Mənbə: Habarler.com