Saudi Aramco şirkəti Ukraynadan dronların alınması ilə bağlı danışıqlar aparırbackend

Dünyanın ən böyük neft şirkətlərindən biri olan Saudi Aramco, neft yataqlarını hücumlardan qorumaq üçün Ukrayna pilotsuz uçuş aparatları (PUA) almaq üçün danışıqlar aparır.

Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat verib.

Nəşr, düşmən dronlarını vurmaqla və ya yaxınlıqda partlatmaqla zərərsizləşdirə bilən tutucu dronlar istehsal edən SkyFall və Wild Hornets ilə danışıqlara istinad edir.

Mənbələrə görə, Səudiyyə şirkəti PUA-ları hökumətdən və regional rəqiblərdən, xüsusən də Qətərdən əvvəl əldə etmək istəyir.