Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib ki, iyunun 16-na keçən gecə adada iki zəlzələ baş verib. Onun sözlərini RİA Novosti yayıb.
Zəlzələlərdən birinin maqnitudası 4,1 olub, episentri Aniva rayonunun Təranay kəndindən 12 kilometr aralıda, 7 km dərinlikdə yerləşib.
“Əməliyyat məlumatlarına görə, [zəlzələ] Təranay, Oqonki kəndlərində və Aniva rayon mərkəzində 4 bala qədər, Nevelsk şəhərində 3 bal gücündə sakinlər tərəfindən hiss edilib. Semenova bildirib.
Mənbə: RİA Novosti












