Scholz Ukrayna ilə təhlükəsizlik razılaşmasının müddəalarını açıqlayıbbackend

Almaniya və Ukrayna arasında Berlində imzalanmış müqavilə Bundesveri Kiyev uğrunda döyüşməyə məcbur etmir. RİA Novosti bu barədə Almaniya kansleri Olaf Şolzun bəyanatına istinadən xəbər verir.

“Bu müharibədə Ukraynada heç bir alman əsgəri olmayacaq. Bu razılaşma Almaniyanın müharibənin iştirakçısı olacağı anlamına gəlmir”, – Şolz bildirib.

Eyni zamanda, o qeyd edir ki, Almaniyanın dəstəyi Ukraynanın müdafiə potensialının gücləndirilməsinin açarıdır. Belə ki, razılaşmalara əsasən, yalnız Ukrayna tərəfi bu ölkəyə hücum olacağı təqdirdə Almaniyaya kömək üçün öz qoşunlarını göndərməyə borclu olacaq.

Mənbə: RİA Novosti