Hollivud aktrisası Ancelina Coli qızı Vivyen ilə ictimaiyyətə çıxıb. Fotolar Daily Mail saytında dərc olunub.
49 yaşlı Ancelina Coli və 15 yaşlı Vivyen iyunun 14-də Nyu-York hava limanında paparassilərə tuş gəlib. Aktrisanın əynində ağ köynək, qara pencək, midi ətək, hündür dəri çəkmə, dikdaban, sırğa və gün eynəyi olub. Məşhurun qızı ictimaiyyət qarşısına bej rəngli köynək və boz cins şalvarla çıxıb.
Daily Mail oxucuları Ancelina Colinin üzünə diqqət çəkiblər. Bəzi internet istifadəçiləri aktrisanın plastik əməliyyat etdirdiyini düşünürlər.
Mənbə: Daily Mail















