Səbinə Əliyeva şəhid ailəsini ziyarət edibbackend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun doğum günü ərəfəsində onun ailəsini ziyarət edib.

Görüş zamanı şəhidin keçdiyi döyüş yolu, Azərbaycan Ordusunun qazandığı şanlı zəfər barədə danışılıb. Ombudsman şəhidimizə Allahdan rəhmət diləyib, ailənin mövcud qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqətdən razılıq ediblər.
Qeyd edək ki, müharibədə könüllü kimi iştirak edərək, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Vüqar Məmmədov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.