Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deputatlığa namizədliyini irəli sürür.
İctimai.az xəbər verir ki, bu barədə QHT sədri öz sosial səhifsində paylaşım edib:
“Əziz dostlar, dəyərli mingəçevirlilər!
Böyük qürur hissi ilə deyirəm ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərə qatılmaq üçün ilkin sənədlərimi 54 Saylı Mingəçevir Seçki Dairəsinə təqdim etdim. Bu dəfə səsiniz mütləq eşidiləcək. Hər şey yenidən başlayır”.