Səbuhi Rəcəblə görüşdə sakinlər susmadı:-“Üzünü görmədiyimiz, tanımadığımız deputatlar bizə lazım deyil!”-Fotolarbackend

09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkilərinə 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi qeydə alınan Səbuhi Rəcəb Vaqif oğlunun, Buzovna qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları, gəncləri ilə görüşü keçirilib.

İlk öncə Səbuhi Rəcəb və bir qrup qəsəbə sakinləri müqəddəs Şəhid məzarları üzərinə gül dəstələri qoyub, qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib. Daha sonra görüş Zaqulba Mərasim evində böyük coşğuyla davam edib.

Tədbirdə Buzovnada Cümə məscidinin axundu Hacı Soltan, jurnalist Cəlal Yaquboğlu, jurnalist-yazar Kənan Hacı, Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Buzovna, qəsəbə seçiciləri, ağsaqqal və ziyalıları və o cümlədən gənclər iştirak ediblər. Çıxış edən qonaqlar Deputatlığa namizəd Səbuhi Rəcəbin bu günə qədər fəaliyyəti ərzində gördüyü işlərdən görüş iştirakçılarına məlumat verib. İdman sahəsindəki uğurlarından, xeyiyyəçilik fəaliyyətindən, insanlarla daima təmasda olmasından danışıblar. Tədbirdə çıxış edən seçicilər Səbuhi Rəcəbin cəmiyyət üçün gördüyü işləri yüksək qoiymətləndirib: “Bu günə qədər heç bir məmur, və ya illərdir səsimizi verib seçdiyimiz bir deputat qapımızı döyməyib, problemlərimizlə maraqlanmayıb”, “Biz seçdiyimiz deputatımızın qəbuluna düşə bilməmişik, lakin Səbuhi Rəcəb qapımızı daima döyür, bizimlə söhbət edir, problemlərimizlə maraqlanır. Bu təkcə seçki ərəfəsində deyil, bundan əvvəl də belə olub. Ona görə də biz öz səsimizi məhz Səbuhi Rəcəbə verəcəyik və hər kəsi də səsinə sahib çıxmağa, layiqli namizədə səs verməyə çağırırıq”. “Cənab Prezident növbədənkənar parlament seçkilərini əbəs yerə keçirmir, qoy yaşlı, yatmağa kreslo axtaran, heç bir fəaliyyətini görmədiyimiz, seçicisini tanımayan deputatlar getsin istirahətini evində eləsin, Milli Məclis yatmaq üçün yer deyil, iş görmək üçündür”, “Üzünü görmədiyimiz, tanımadığımız deputatlar bizə lazım deyil!” “Gənclərə imkan yaradaq, arxa olaq, qoy enerjili gənclərimiz işləsin, qoy yanımızda olan, bizlərdən olan seçilsin”, “Səbuhi Rəcəbə səs verin!” deyə şüarlar səsləndirilib, fikirlər bildirilib.

Görüşdə sakinlər sual və təkliflərini, problemlərini səsləndiriblər. Səbuhi Rəcəb qəsəbə sakinlərini narahat edən bəzi problemləri dinləyib və həlli istiqamətində müzakirələr aparıb. Səbuhi Rəcəb ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda seçiciləri fəal olmağa səsləyib, öz səslərini layiq bildikləri namizədə verməyə çağırıb: “Mən öncə şəhid ailələrimizin, Qarabağ veteranlarımızın qarşısında baş əyirəm, bu gün əziyyət çəkib görüşümüzə gəliblər, dəyərli seçicilərimizdən tək istəyim 9 fevral seçkilərdə fəal iştirak eləsinlər, kimi layiqli bilirlərsə ona səs versinlər. Mən bütün hallarda hər zaman xalqımızın yanındayam, prezidentimiz İlham Əliyev cənablarının və xalqımızın xidmətçisiyəm”.

Görüşdə çıxış edən ağsaqqal və ziyalılar Səbuhi Rəcəbin sakinlərin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətini, idman sahəsindəki uğurları, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq seçkilərdə onu dəstəkləyəcəklərini bildiriblər.

Vüsalə Qələndərli