Rusiya Argentina ilə Şimali Atlantika Alyansının yaxınlaşmasından məyus olub. Bu barədə RİA Novosti-yə Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov bildirib.
“Argentinanın müdafiə naziri Luis Petrinin Ramşteyn koalisiyası çərçivəsində Brüssel görüşündə iştirakına gəlincə, Argentina tərəfdən hələlik rəsmi şərh yoxdur. Buenos-Ayresin Ukraynanın hərbi sponsorları ilə yaxınlaşması faktı bizi dərin məyus edir”, – Feoktistov bildirib.
Rusiyalı diplomat izah edib ki, Argentina xalqına və rəhbərliyinə NATO-nun xeyrinə seçim etməyin fəlakətli strategiya olduğu fikrini çatdırmaq lazımdır.