Şəhid ailələri və qazilər üçün “8 Noyabr – Zəfər Günü” münasibətilə bayram tədbiri keçirilibbackend

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə 1-ci və 2-ci Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər üçün “8 Noyabr – Zəfər Günü” münasibətilə bayram tədbiri keçirilib.
“Star Hall” restoranında baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, millət vəkili Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Həşimova, Əməkdar incəsənət xadimi, tanınmış modelyer, Fəxriyyə Xələfova, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, Azərbaycan ordusunun tarixi qələbəsində şəhidlərimizin rolundan bəhs edib, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışıb.
Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Həşimova tarixi zəfərimizin əldə olunmasında şəhid və qazilərimizin rolunun danılmaz olduğunu, xalqımızın və dövlətimizin heç bir zaman şəhidlərini unutmayacağını, hər zaman onların ailələri və qazilərin diqqətdə saxlanıldığını bildiribÇıxış edən millət vəkili Nigar Arpadarai Vətən müharibəsində qazanılan tarixi qələbədən danışaraq, qələbədən sonra Azərbaycanın artıq bütün dünyada qalib bir dövlət kimi tanınmasından, Müzəffər Azərbaycan ordusunun müasir dövrdə parlaq qələbəsindən bəhs edib.
Şəhid Murad Qurbanovun anası Mehriban Əmirova hər zaman onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçısı, qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı”adlı kitabının təqdimatı keçirilib. Çıxış edən Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, kitab haqqında öz fikirlərini bölüşüb, uğurlar arzu edib. Kitabın müəllifi Həşim Məmmədov xoş fikirlərə görə hər kəsə təşəkkürünü bildirib, kitabın yazılması barədə tədbir iştirakçılarını məlumatlandırıb, kitablarını təqdim edib.