Şəhid ailələrinə, müharibə əlillərinə həmişə dövlət qayğısı varbackend

Şəhidlik insanlığın ən ali şərəf, qeyrət, ucalıq zirvəsidir

Müqəddəs Qurani-Kərimdə deyilir, Şəhidlik cənnətin yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir! Əsil namuslu insan ailəsini, özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır. Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz, qazilərimiz və veteranlarımız bu cürə insanlardırlar. Ulu öndər Heydər Əliyevin dövlətçilik xidməti Azərbaycanın dövlət müstəqilliyini təmin etdi. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə isə Müzəffər Azərbaycan Ordusu 2788 nəfər şəhidlərimizin qanları bahasına işğal olunmuş torpaqlarını ermənilərdən qeyd-şərtsiz azad edərək, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Buna görə də, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlıqlarını itirmiş hərbi qulluqçulara öz doğmalarımız kimi diqqət və qayğı göstərmək hər birimizin borcudur.

Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondnun Prezidenti Sərraf Orucov deyib.

O, qeyd edib ki, vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlemi deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.

Şəhid ailələrinin, müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanıb: “ Bunundan əlavə, Cənab Prezident dəfələrlə müxtəlif dövət tədbirlərində, hökumət qulluqçularına tapşırıb ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial müdafiəsi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa əsasən aidiyyatı dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır. Məhs bu istiqamətddə işlər sürrıtlə davam edərək çəxsən Cənab Prrezidentin və 1-ci Vitse–Prezidentin rəhbərliyi altında və şəxsən onların bilavastə iştirakları ilə hər il, Bakının müxtəlif rayonlarında 100-lərlə şəhid ailəsinə və müharibə əllilərinə ən müasir və təmirli mənzillər tikilərək hədiyyə edilib”.

S.Orucov onu da bildirib ki, Cənab Prezidentnin diqqət və qayşl sayəsində 2021–ci ildən başlayaraq bu gündə bayram günlərində davam etdirilən ənənə kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailəsi və müharibə əlillərinə təqdim edilib: “Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və geniş miqyaslı sosial islahatlar 2022-ci ilin əvvəlindən də davam edib. Yeni sosial islahat paketi olaraq 2022-ci ilin əvvəlindən əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manatdır. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə veteranları, erməni terrorundan zərər çəkənlərlə bağlı icra olunan sosial dəstək proqramıdır. Sosial dəstək tədbirlərindən biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının da dövlət başçısının Sərəncamı ilə 5 dəfə genişlənib. 2022-ci mart ayında Novruz bayramında 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Bu Ramazan bayramında da, Bakının Sabuncu rayonuda daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi”.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12700-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. 2021-ci ildə 164 2022-ci ildə isə 120 nəfər müharibə əlilini, ümumilikdə ötən dövrdə isə 7680 müharibə əlilini avtomobillə təmin edib: “Çünki, Azərbaycan xalğının vətəni, şərəfi, qüruru uğrunda Şəhid olmuşların xatirələrini daima yaşadaraq əziz tutması hər bir azərbaycanlının vacib məsəllərindən biri olmalıdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, vətənpvərlik hisslərini sarsıtmamalıdırlar!”

S.Orucov bəzi məmurlar tərəfindən yaradılan süni problemlərə də toxunub: “Amma çox təəssüflər olsun ki, cənab Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar yerlərdə “bəzi məmurlar” tərəfindən yerinə yetirilmədiyi səbəbindən şəhid ailləri və müharibə əlilləri çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də, aidiyyatı icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtlı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda müxtəlif xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər. Vətən mühribəsində sağlamlıqlarını itirmiş müharibə əlillərinin çoxu müalicə olunmaları üçün hara və necə müraciət etmələrini bilmirlər. Müharibə şəraitində olan ölkəmizdə bəzi dövlət qurumlarında məmurların şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qarşı göstərdikləri sayğısızlıq və biganəlik böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir edir. Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu olaraq 01.02.2022–01.06.2022-ci il tarixlərini əhatə edən “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini həyata keçirir”.

Həyata keçirilən layihənin məqsədi, 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuşların ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqları Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır: “Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nöqteyi nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər.

Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin rəşadəti həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşlar, müharibə əlilləri və veteranları daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarımız yaşayırlar və yaşayacaqlar!”