Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə daha 50 mənzil verildibackend

Bu gün Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə mənzillər təqdim edilib.

Oxu.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Ramana qəsəbəsində daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, bu bayram günündə mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.