Şəhid atası xeyriyyəçi Tural Zeynalovun həbsi ilə bağlı danışdı – VİDEObackend

“Qala” restoranının sahibi, Şəmkir sakini, xeyriyyəçi Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmənin bu qərarı, cəmiyyətdə xüsusilə şəhid ailələri tərəfindən narazılıqla qarşılanıb. Bunlardan biridə Şəhid Elşad Məmmədovun atası Məmmədov Dömməzdir.

O, Tural Zeynalovun həbs edilməsi ilə bağlı öz münasibətini Doğru.az saytına bildirib. Şəhid atası bu barədə belə açıqlama verib.

“Tural Zeynalov oğlu şəhid olan ailənin yanında həm maddi, həmdə mənəvi tərəfdən dəstək olub. Mənim evimin üstü yox idi. Tural Zeynalov gəlib qolunu çırmalayıb mənim evimin üstünü təmir etdirdi və özüdə ustalarla birgə işlədi”. Tural Zeynalov müharibənin ən qızğın vaxtında canını təhlükəyə ataraq qaynar cəbhə bölgələrinə əsgərlərimiz üçün lazım olan ərzaq, təmizlik ləvazimatları və s. alınması və çatdırılmasında böyük rol oynamışdır.

D.Məmmədov üzünü vəzifəli şəxslərə və Azərbaycan Respublikasının Prezidentinə tutaraq, məsələnin ədalətli formada həll edilməsinə köməklik etmək istəyib.

Doğru.az sizə Şəhid Elşad Məmmədovun atası Məmmədov Dömməzin müsahibəsini tam şəkildə təqdim edir.

DOĞRU.AZ