Şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildibackend

Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının birgə təşəbbüsü ilə şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş idmanın mini-futbol növü üzrə yoldaşlıq görüşü keçirilmişdir.

İctimai.az xəbər verir ki, tədbirdə millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov, «Kür» qəzetinin baş redaktoru, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı və aidiyyatı qurumların rəsmiləri iştirak etmişdir.
Mini-futbol yarışı açıq havada, karantin rejiminin tələblərinə uyğun olaraq təşkil olunmuşdur.
İlham Məmmədov yoldaşlıq görüşünün qalibi – YAP Yevlax rayon təşkilatının kamandasına şəhidin adına təsis olunmuş «Polad kuboku»nu təqdim etmişdir.