Şəhid Kapitan Şirəliyev Niyətbackend
Şirəliyev Niyət İmran oğlu 1990-il fevral ayının 9-da Şamaxı rayon Ovculu kəndində anadan olmuşdur. Ailədə 7 nəfər idilər. Niyətin atası İmran, anası Gültəkin, qardaşları Ötkəm, Nəimi, Eldar və bir  bacısı var.
Niyət 1997-ci il sentyabr ayının 1-i Babacan Alıyev adına Ovculu kənd orta məktəbinin 1-ci sinifinə getmişdi. Məktəb illərində çox sakit, tərbiyəli, nümunəvi, vətənpərvər şagird kimi həm sinif yoldaşlarının həm də müəllimlərin hörmətini qazanmışdır. 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdi. Elə həmin il onda olan vətən sevgisi Niyətin həyatını hərbi akademiyaya qədər aparır. O Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2011-ci ildə hərbi akademiyanı bitirən Niyət leytenant rütbəsi alır və zabit olaraq Müdafiə Nazirliyinin Təlim- tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırır. 2012 -ci ildən etibarən müdafiə nazirliyinin Fizuli rayonunda yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayır.24 iyun 2014-cü ildə baş leytenant hərbi rütbəsi verilir. 2016-cı ildə şanlı tariximizə 4 günlük aprel zəfəri kimi qeyd olunan aprel döyüşlərində iştirak etmişdir. Həmin döyüşlərdə də ordumuz şəhidlər verdi. Allah rəhmət eləsin bütün şəhidlərimizə. 2018-ci il iyun ayının 25-i müdafiə nazirliyinin müvafiq əmri ilə növbəti Kapitan hərbi rütbəsi verilir. 2019-cu ilin yay aylarına qədər həmin hərbi hissənin taborlarinda MTTB rəisi (maddi-texniki təminat bölməsi) vəzifəsinə qədər yüksəlir. Elə həmin ilin avqust ayında Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunur. Orda da qısa müddət ərzində öz xidməti ilə seçilən Niyət 2020-ci ilin aprel ayının 17-si müdafiə nazirliyinin müvafiq əmri ilə N saylı hərbi hissənin qərargah rəisi hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. 30 yaşında hərbi hissənin qərargah rəisi vəzifəsi bu Niyətin nümunəvi xidmətinə verilən qiymət idi.
2020-ci ildə Tovuz rayonunda düşmən növbəti dəfə təxribat törətmək yeni ərazilər işğal etmək məqsədilə yenidən hücuma keçdi. Ancaq rəşadətli Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra düşmən geri çəkilməyə məcbur oldu. Həmin döyüşlərdə iştirak edən Kapitan Şirəliyev Niyət tabeçiliyində olan şəxsi heyətlə birlikdə düşmən hücumlarının qarşısının alınmasında iştirak etdi. Həmin döyüşlərdə ordumuz yenə şəhid verdi.Allah rəhmət eləsin bütün şəhidlərimizə. Döyüşlərə rəhbərlik edən CƏNAB general-mayor Polad Həşimov da Tovuz döyüşlərində şəhadətə yüksəldi. Polad Həşimov şəhid olanda Kapitan Şirəliyev çox üzülürdü. Çünki cənab general həqiqətən onlara nümunə olan general idi. Niyət sonuncu dəfə ailə üzvləri ilə sağollaşıb xidmət yerinə qayıdarkən atası ona ehtiyatlı olmağı özünü qorumağı tapşıranda atasına dediyi sözlər. ” Ata mən Polad Həşimovdan artıq deyiləm« demişdi.
2020-ci ilin sentyabr ayının 27-si mənfur düşmənlərimizin təxribatlarinin qarşısını almaq üçün ordumuzun başlatdığı əks hücum əməliyyatlarında rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə murovdagda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlainda birbaşa iştirak etmiş düşmənin dərinliklərinə sızıb onların çoxlu sayda canlı qüvvəsini məhv etmiş və özüdə qəhrəmancasına şəhid olmuşdur. Amma Şəhid kapitan Şirəliyevin cansiz bədənini döyüş meydanindan çıxarmaq mumkun olmamışdır. 85 gün sonra 21 dekabrda Şamaxı rayonu Şəhidlər xiyabanında böyük izdihamla torpaqa tapşırıldı. Şəhid kapitanin Ürəyi Kəlbəcər eşqi ilə döyünən Cənab Kapitanım döyüşə gedərkən otağına Kəlbəcər yazıb getmişdi. Amma çox təssüf ki Kəlbəcərin işğaldan azad edilməsini görə bilmədi. Ruhun şad olsun Cənab Kapitanım Kəlbəcər işğaldan azad olundu. 30 illik həsrət bitdi. Sən və sənin kimi qəhrəman şəhidlərimiz hər zaman qəlbimizdə əbədi olaraq yaşayacaqsınız. Qürur yerimiz şəhidlərimiz. Damarlarında Azərbaycanlı qanı axan hər bir qeyrətli Azərbaycan övladı üçün siz hər zaman baş tacı olacaqsınız.
Kapitan Şirəliyev ailəli idi. Vətənə əmanət iki gül balası qaldı. Oğlu Nicat (4yaş) və qızı Zeynəb. Zeynəbin 2 yaşı tamam olan gün atasının şəhid xəbəri gəldi.
Şəhidlik zirvəsindən sonraki medalları
1. 3-ci dərəcəli Rəşadət ordeni
2. Vətən uğrundə medalı
3. Kəlbəcərin azad olunmasına görə medallarıyla təltif edildi.